Haqqımızda
Firuzi Sədrəddinoğlu
Yumeiho terapevti və təlimçi. Yumeiho Center Azerbaijan-ın qurucusu.

Hekayə
Niyə Yumeiho?
Firuzi Sədrəddinoğlu (Əliyev) peşəkar yolunu fizioterapiyadan başlayıb: 2018-ci ildə İstanbulda Anadolu Medical Center-in Fiziki Terapiya və Reabilitasiya şöbəsində təcrübə proqramı keçib.
Yumeiho təhsilini beynəlxalq səviyyədə alıb: 2019-cu ildə Yumeiho Therapy Grade 1 və Grade 2, 2024-cü ildə isə Grade 3 dərəcəsinə yüksəlib. Grade 3 diplomu — International Institute of Preventive Medicine Practice (Yumeiho Mərkəzi, direktor Ozaki Hisayuki) tərəfindən verilir və sahibinə rəsmi Yumeiho terapevti kimi çalışmaq hüququ tanıyır.
Bu gün Firuzi Sədrəddinoğlu Bakıda yeni açılan Yumeiho Center Azerbaijan-da xəstələri qəbul edir və beynəlxalq metodika əsasında seminarlar keçirərək Azərbaycanda yeni Yumeiho terapevtləri nəsli yetişdirir.
Sertifikatlar və təhsil
- Yumeiho Therapy Grade 3 — Diplom, rəsmi Yumeiho terapevti hüququ · International Institute of Preventive Medicine Practice (2024)
- Yumeiho Therapy Grade 2 — Diplom (2019)
- Yumeiho Therapy Grade 1 — Diplom (2019)
- Anadolu Medical Center, İstanbul — Fiziki Terapiya və Reabilitasiya şöbəsində təcrübə proqramı sertifikatı (2018)

Əyri oturanlarla düz danışıram
Mərkəz
Yeni mərkəz — yeni başlanğıc
Avqust 2026-da Yumeiho Center Azerbaijan yeni ünvanda qapılarını açdı. Mərkəz həm fərdi terapiya seansları, həm də təlim seminarları üçün nəzərdə tutulub.
- Ünvan:
- Möhsün Sənani küç. 144, AZ1078, Bakı
- İş saatları:
- B.e – Şənbə: 09:00 – 18:00
[FOTO: mərkəzin interyeri ilə əvəzlənəcək]Tanış olmağa dəyər
İlk seansda həm metodu, həm mərkəzi, həm də terapevtinizi tanıyacaqsınız. WhatsApp-la yazın — vaxt seçək.


